“Milli şura” kimi birliklər milli məsələlərə ziyan vurur”
Tarix: 23.05.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Ədalət Partiyası “milli şura”ya qoşulmaq niyyətində deyil. Bu barədə “Trend”ə partiyanın aparat rəhbəri Mütəllim Rəhimli deyib. O, qeyd edib ki, təmsil etdiyi partiya müxalifətin birliyi istiqamətində atılan hər bir addımı təqdir edir və dəstəkləyir:
"Hesab edirik ki, müxalifətin ümumi problemlərinin həlli yalnız birlikdən keçir. Amma söhbət “milli şura”ya gələndə, bu birlikdən Ədalət Partiyasına hər hansı bir dəvət gəlməyib və partiyanın da bu birliyə qoşulmaqla bağlı hər hansı bir istəyi yoxdur. Görünür, onlar xarakterimizi bildiklərindən bizə dəvət göndərməyiblər". M.Rəhimli vurğulayıb ki, indiyə qədər Azərbaycanda çoxlu birliklər olub və Ədalət Partiyası bu birliklərdə iştirak edib: "Sonradan biz görmüşük ki, o birliklərin daxilində səmimilikdən uzaq baxışlar var və bəzən hadisələrin kritik məqamlarında müəyyən qüvvələr öz maraqları naminə addımlar atır, ümummilli məsələlərə ziyan vururlar. Ona görə də biz bu cür birliklərə çox həssaslıqla yanaşırıq". M.Rəhimli qeyd edib ki, bir çox hallarda müxalifətin birliyi istiqamətində atılan addımların heç bir perspektivi olmur və bunu da proqnozlaşdırmaq asan olur.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info