ADU ilə Kiyev Milli Linqvistik Universiteti arasında müqavilə imzalanıb
Tarix: 31.01.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən ADU yanvarın 30-da Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə də “Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” müqavilə imzalayıb.
İki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlığı, qabaqcıl təcrübənin tədris prosesində tətbiqini, akademik, elmi və mədəni əlaqələrin qurulmasını nəzərdə tutan bu müqaviləni ADU-nun rektoru,  AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vasko imzalayıblar.
Sənəddə hər iki universitetin elmi potensialının inkişaf etdirilməsi, universitetlər arasında tələbə və müəllim, tədris və elmi-metodiki ədəbiyyatın mübadiləsi, müştərək elmi tədqiqatların aparılması, birgə elmi nəşrlərin hazırlanması, professor-müəllim heyətinin ixtisasartırması  istiqamətində konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində Kiyev Milli Linqvistik Universitetinin rektoru 2018-ci ilin aprel-may aylarında ADU-nun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyası ilə birgə keçirməyi planlaşdırdığı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransda iştirak məsələsi haqqında da danışıb. Professor R.Vasko bildirib ki, rəhbərlik etdiyi universitet də həmin tədbirdə məmnuniyyətlə iştirak edəcək. Konfransın 10-a qədər ölkədə keçiriləcək bölmə iclaslarından biri də Kiyev Milli Linqvistik Universitetində təşkil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info