“Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur“
Tarix: 31.01.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


"Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək".
 
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və ombudsman aparatının 24 aydır birgə həyata keçirdiyi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək" adlı tvinning layihəsinin yekun nəticələrinə dair keçirilən tədbirdə deyib.
 
Layihənin Aİ və Ombudsman Aparatı arasında həyata keçirilən ilk layihə olmadığını söyləyən K. Yankauskas bildirib ki, Aİ layihənin həyata  keçirilməsinə 1,3 milyon avro vəsait ayırıb: "Ümid edirəm ki, bu layihənin sayəsində ombudsman ofisi daha geniş potensiala malik olacaq. Layihə çərçivəsində uşaqlar,  əlilliyi olan insanlar, yaşlı insanlara dair strategiyalar, informasiyanın idarə olunmasına dair müasir sistem planı hazırlanıb".
 
Səfir deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir: "Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və Aİ arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər də ombudsman, eləcə də digər institutların işində əsas dəyərə çevriləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info