QTA “Made in Azerbaijan“ brendinin təşviqi sahəsində AZPROMO ilə əməkdaşlıq edəcək
Tarix: 31.01.2018 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların, qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə sıx əməkdaşlıq edəcək”. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüşdə deyib.
Agentliyin sədri qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının ixracının dəstəklənməsinin, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinin, habelə ixrac olunacaq məhsulların keyfiyyətli və təhlükəsizlik normalarına uyğun istehsalının əhəmiyyətini, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
"Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi" proqramının layihə rəhbəri Yan Quildinq təhlükəsiz qida və ixraca dəstək mövzusunda təqdimatla çıxış edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info