Ötən il ərazi vergi orqanlarında qeydiyyata alınan 100 mindən çox vergiödəyicisinin 4686-sı hüquqi şəxslərdir.
Qeydiyyata alınan və fəaliyyəti bərpa olunan obyektlərin sayı (təsərrüfat subyektlərinin) fəaliyyətini dayandıran və ləğv edilən obyektlərin sayından 9484 ədəd çoxdur.
Əvvəlki dövrdə fəaliyyətini dayandıran müəssisələrin yenidən fəaliyyətə başlaması, yeni yaradılan sahibkarlıq subyektlərinin sayının əhəmiyyətli dərəcədə artması vergiödəyiciləri üçün yaradılmış əlverişli şəraitin göstəricisi sayıla bilər.
Həmçinin qeyd edilib ki, ötən il regionlarda çalışan vergiödəyicilərinin ümumi dövriyyəsi 2016-cı il ilə müqayisədə 28,7 faiz artıb. Ticarət üzrə ümumi dövriyyə 29,8 faiz, xidmət sahəsi üzrə isə 35,8 faiz çoxalıb.
2017-ci ildə 38 min165 vergiödəyicisi fəaliyyətini bərpa edib ki, bu da bölgələrdə iqtisadi aktivliyin xeyli artdığını göstərir.
Tural
|