Naxçıvana 410 mindən çox turist gəlib
Tarix: 31.01.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Ötən il muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2017-ci ildə muxtar respublikada milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilib, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilib, görkəmli sənət adamlarının yubileyləri qeyd olunub. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaradıb.
Ötən il qədim diyarımızda muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər davam etdirilib. Bu məqsədlə Şahtaxtinskilər muzeyi yenidən qurulub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamının icrası ilə bağlı hazırlıq işlərinə başlanılıb. Muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak edib, muzeylərə 1340 eksponat daxil olub.
Qədim diyardakı muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 nəfər ziyarət edib.
Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin günün tələbləri səviyyəsində qurulması diqqətdə saxlanılıb, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi üçün bir sıra işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamının icrası ilə bağlı kitabxanalarda müvafiq kitab guşələri yaradılıb, 31 kitab müzakirəsi keçirilib. 2017-ci ildə muxtar respublikanın kitabxanalarına 301 adda 13 min 224 nüsxə çap məhsulu daxil olub. Kitabxanalarda 552 mədəni-kütləvi tədbir, 441 sərgi reallaşdırılıb. “Kitabxana işinin təşkili və müasir tələblər mövzusunda” kurslar keçirilib, 96 kitabxana əməkdaşına sertifikatlar təqdim edilib
2017-ci ilin sonlarında yekunlaşan “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” də maraqla qarşılanıb. Müsabiqənin 22 iştirakçısından 11-i əsas tura vəsiqə qazanıb. Qaliblər və fərqlənənlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif ediliblər.
Teatr kollektivlərinin hazırladıqları yeni tamaşalar muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyətə malik olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ə.Əmirlinin “Onun iki qabırğası”, M.Metterlinqin “Göy quş”, H.Cavidin “İblis” tamaşaları səhnəyə qoyulub. Naxçıvan Dövlət Kukla Teatrı isə “Niyyət açarı”, “Göyçək Fatma”, “Keçinin qisası” tamaşaları ilə balacaların görüşünə gəlib. Naxçıvan Dövlət Uşaq Teatrı “Balaca şahzadə”, “Bizə Şaxta baba və dovşan lazımdır”, “Özgəsinə quyu qazan” tamaşalarını hazırlayıb.
Naxçıvan Dövlət Film Fondu da muxtar respublika əhalisinin asudə vaxtının mənalı və səmərəli keçirilməsində fəal iştirak edib, “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 14 film nümayiş olunub.
Naxçıvan Kulinariya Mərkəzi milli mətbəximizin öyrənilməsi və təbliği istiqamətində işini davam etdirib. Mərkəz Naxçıvan diyarının kulinariya mədəniyyətinə aid nümunələrin toplanmasında fəal iştirak edir. Ötən il 58 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 25 folklor nümunəsi toplanıb.
Turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, təbliğat işi gücləndirilib. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info