BANM-in üç tələbəsi Malayziyada təhsil alacaq
Tarix: 31.01.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin insan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva və korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyevanın birinci və ikinci kurs tələbələri ilə görüşü keçirilib.
BANM-dən bildiriblər ki, görüşdə rektor Elmar Qasımov neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən “Petronas” şirkətinin bu ali məktəblə əməkdaşlığından danışıb.
Ş.Mehdiyeva “Petronas” şirkəti və onun təqaüd proqramı haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, “Petronas” şirkəti BANM-in üç tələbəsinin Malayziyanın Petronas Texniki Universitetində təhsil ala bilməsi üçün kömək göstərəcək. Tələbələr kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və neft-qaz geologiyası ixtisasları üzrə “Petronas” şirkətinin hesabına təhsil almaq imkanı əldə edəcəklər. Ş.Mehdiyeva təqaüd proqramında iştirak üçün əsas kriteriyalar, müraciət qaydası, seçim prosesi, həmçinin təhsilini uğurla başa vuranlar üçün “Petronas” şirkətində uğurlu karyera qura bilmək imkanından söz açıb.
E.Qasımov BANM-ə, onun tələbələrinə göstərilən marağa, verilən dəyərə görə “Petronas” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, BANM tələbələrinin “Petronas” şirkətinin dəstəyi ilə Malayziyada təhsil almalarını dəstəkləyir.
Şirkətin nümayəndələri tələbələrin suallarını cavablandırıblar.
Qeyd edək ki, təqaüd proqramında iştirak üçün namizədlər ilk mərhələdə şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən, sonuncu mərhələdə isə Malayziyadakı Baş ofisi tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş xüsusi kriteriyalar əsasında seçiləcəklər. BANM-in tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində alacaqlar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info