Samuxda becərilən sarımsaq Belarusa ixrac ediləcək
Tarix: 01.02.2018 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Samux rayonunda becərilən sarımsaq Belarusa ixrac olunacaq. Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Elmar Qarayev AZƏRTAC-a bildirib ki, fermerlər 2018-ci ilin məhsulu üçün 30 hektar sahədə sarımsaq əkiblər. Sarımsağın bir çox xəstəliklərə və zərərvericilərə qarşı davamlı bitki olduğunu deyən Elmar Qarayev vurğulayıb ki, bu məhsul həm məhsuldarlığı, həm də bazarda daha yüksək qiymətə satılması ilə fermerlərə böyük mənfəət gətirir. Belə ki, sarımsağın 1 kiloqramı fermerlər tərəfindən 4 manat 50 qəpiyə satılır. Yaz mövsümündə fermerlərin qazancı daha da yüksək olur. Çünki sahənin seyrəldilməsi üçün çıxarılan yaşıl sarımsağın 3 ədədi daxili bazarda bir manata satılır. Həmin məhsul ixrac edildikdə isə satış qiyməti daha da artır. “2016-cı ildə Samux rayonunda 5 hektar sahədə sarımsaq əkilib, 52,6 ton məhsul yığılıb. Ötən il isə 12 hektar sahədə sarımsaq becərilib, 152 ton məhsul toplanıb. Bu il isə fermerlər 30 hektar sarımsaq əkiblər. Fermerlər bu il sahələrdən yüksək məhsuldarlıq gözləyirlər. Yetişdiriləcək məhsul yerli bazara çıxarılmaqla yanaşı, Belarusa da ixrac olunacaq”, – deyə Elmar Qarayev qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info