Azərbaycan məhsulları güzəştli şərtlərlə Avropa bazarlarına daxil olacaq
Tarix: 01.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Henrik Hololey: “Artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, baxımından əhəmiyyətlidir”

Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidentinin son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər etdiyini, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanıb, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin 11 ayında Azərbaycanın xarici ticarətində Avropa İttifaqı ölkələrinin payı 41% təşkil edib. Avropa İttifaqı ölkələri tərəfindən 2012-ci ildən Azərbaycana təqribən 15 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-i ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqı ilə 120-dən artıq tədbir, biznes forum keçirilib. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı enerji sahəsində uğurlu əməkdaşlıq edir və bu istiqamətdə “Cənub Qaz Dəhlizi” layihəsi xüsusilə önəmlidir. Azərbaycanın nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ölkəmizin tranzit potensialı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri barədə məlumat verən iqtisadiyyat naziri ölkəmizin Aİ ilə nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsində və bu istiqamətdə əməkdaşlığı enerji sahəsindəki əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2018-ci il fevralın əvvəlində Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Bundan başqa, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq. Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey ölkəmizə səfər zamanı Prezidentin Avropa Komissiyası nümayəndə heyətini qəbul etdiyini məmnunluqla vurğulayıb, bir sıra görüşlər keçirildiyini diqqətə çatdırıb. Henrik Hololey 2011-ci ildəki səfərindən ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, həyata keçirilən tədbirlərin qlobal çağırışlara tam cavab verdiyini qeyd edib. Artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Görüşdə həmçinin, Avropa İttifaqı-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info