“Qeyri-neft ixracı sahəsində qida məhsullarının payı 40 faizdən çoxdur”
Tarix: 01.02.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Rüfət Məmmədov: Ötən il 1 milyard 540 milyon dollar məbləğində qeyri-neft məhsulları ixrac olunub

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Təhlükəsiz qida ilə ixraca dəstək” devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Tədbirdə AZPROMO və Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, Avropa İttifaqı proqramının layihə rəhbəri Yan Quildinq, yerli istehsalçı və ixracatçı şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının ixracının dəstəklənməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin, habelə ixrac olunacaq məhsulların keyfiyyətli və təhlükəsizlik normalarına uyğun istehsalının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığın vacibliyini bildirib. Rüfət Məmmədov bildirib ki, 2017-ci ildə Azərbaycandan 1 milyard 540 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixrac olunub: "Qeyri-neft ixracı sahəsində qida məhsullarının payı 40 faizdən çox, təxminən 650 milyon dolları civarındadır. Azərbaycanın qida məhsulları təkcə MDB ölkələrinin bazarlarına deyil, yeni bazarlara, o cümlədən Şərqi Asiya, Avropa İttifaqı və Körfəz ölkələrinə, Çinə, Afrika qitəsinə də ixrac olunur". “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” proqramının layihə rəhbəri Yan Quildinqin təhlükəsiz qida və ixraca dəstək mövzusunda təqdimatı dinlənilib. Görüşdə sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info