İxrac potensialı artıb
Tarix: 01.02.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Hazırda 400 hektarlıq yeni istixanalar tikilir, yeni bağlar salınır, yeni sahələrdə tərəvəz əkilir. Bu o deməkdir ki, məhsulumuz artacaq, ixrac potensialımız güclənəcək”

Son 14 il ərzində bütün sahələrdə böyük uğurlara imza atan ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bu müddətdə köklü iqtisadi islahatlar icra edilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, on dörd il ərzində iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir: “İqtisadiyyat 14 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub”.
Bu gün ölkə iqtisadiyyatındakı inkişafı millət vəkilləri, müxtəlif qurumların nümayəndələri də yüksək qiymətləndirir. Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, ölkəmizdə görülən bütün işlərin, iqtisadiyyatın inkişafı Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşmasına yönəlib. Qaçqın və məcburi köçkünlərin ölkəmizdə daim diqqət mərkəzində saxlandığını deyən deputat qeyd edib ki, bu istiqamətdə atılan addımlar nəticəsində onların sosial müdafiəsini gücləndirib: " İndiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb. Bu il də inzibati binalarda, yataqxanalarda, yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcək. 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil şəraiti yaxşılaşdırılacaq".B. Əliyev bildirib ki, Prezident İlham Əliyev konfransda çıxışı ilə ölkəmiz üçün prioritet istiqamətlərin nədən ibarət olduğunu bir daha qeyd etmiş oldu: "Dövlət başçısı ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğuladı. Bütün bunlar onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir".Millət vəkili Musa Qasımlı bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nınicrasının dördüncü ilinin yekunlarına həsr edilən konfrans olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev çıxış nitqində görülən işlərə yekun vurdu, həm də perspektivləri müəyyənləşdirdi. Onun sözlərinə görə, ötən illər Azərbaycanın regionlarının inkişafı ilə səciyyələnir, müasir sosial, mədəniyyət, təhsil obyektləri, yollar tikilib, qaz, su, elektrik təminatı uğurla həyata keçirilib: "Sahibkarlığın inkişafı üçün bərabər imkanlar yaradılması istiqamətində ciddi işlər görülüb. Azərbaycanın ixrac potensialı artıb. Bir sözlə bu konfrans göstərdi ki, ölkənin inkişafı ilə bağlı bütün proqramlar mövcuddur və xalqımızın yaxşı gələcəyi var."

“Xaricdə böyük ehtiyac duyulan meyvə və tərəvəzi də yetişdirə bilərik”

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, əldə etdiyimiz iqtisadi nailiyyətlərin, xüsusilə qeyri-neft sektorundakı uğurların əsasında birbaşa Prezidentin müəllifi olduğu dövlət proqramları dayanır.Deputat qeyd edib ki, bu vaxta qədər qəbul edilən dövlət proqramları uğurla həyata keçirilib.A. Hüseynov əldə edilən iqtisadi uğurları dövlət proqramının mükəmməl olması ilə izah edib.
Deputat əlavə edib ki, digər tərəfdən bu proqramlar elmə söykənir: “İqtisadi potensialımızın düzgün şəkildə qiymətləndirilməsi, maliyyə qaynaqlarının düzgün şəkildə istiqamətləndirilməsi də uğurları şərtləndirən amillərdir. Prezident layihələri və onların icra edilməsini mütəmadi olaraq nəzarətdə saxlayır. Bütün bunlar bizim iqtisadi nailiyyətlərimizişərtləndirən səbəblərdir”.
A. Hüseynov sonda əlavə edib ki, sahibkarlığın inkişafına kömək edilməsi, sahibkarlara subsidiyaların verilməsi, vergi və gömrük güzəştlərinin edilməsi, kompleks şəkildə islahatların həyata keçirilməsi iqtisadi inkişafa təkan verən amillərdir.
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verən Azərbaycan Meyvəçilik və Tərəvəzçilik İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) sədr müavini, sahibkar qadın Jalə Əmirbəyova isə bildirib ki, məqsəd Azərbaycanın ixrac potensialını genişləndirməklə “MadeinAzerbaijan” brendini xaricdə tanıtdırmaq, istehsalçılara və ixracatçılara yeni bazar imkanlarını araşdırmaqda dəstək olmaq və mövcud problemlərin həllində köməklik etməkdir : “Ənənəvi bazarımız Rusiya Federasiyasıdır. Bu ölkəyə həm meyvə, həm də tərəvəz ixrac edirik. Hazırda 400 hektarlıq yeni istixanalar tikilir, minlərlə hektarda yeni bağlar salınır, yeni sahələrdə tərəvəz əkilir. Bu o deməkdir ki, məhsulumuz artacaq, ixrac potensialımız güclənəcək. İstehsal edəcəyimiz məhsulu realizə etmək üçün biz yeni bazarlar axtarırıq, bunlar Avropa ölkələri, ərəb ölkələri, Belarus, Litva, Latviya, Estoniya və s. ölkələrdir. Bu ölkələrin əksəriyyəti bizim meyvə-tərəvəzin dadı və keyfiyyəti ilə tanışdı, amma yeni bazara girmək üçün bəzi məsələlər və problemlər var və biz AMTA olaraq bu problemlərin həlli üzərində çalışırıq. Yeni bazarlara çıxmaq üçün dövlətimiz bizə böyük dəstək göstərir. Əsas ixrac etdiyimiz məhsul isə pomidordur. Demək olar ki, ölkədə yetişdirilən bütün növ meyvə və tərəvəz ixrac olunur: alma, gilas, gavalı, şaftalı, albalı, nektarin, naringi, kartof, soğan, sarımsaq və s. Ümumiyyətlə, Azərbaycanın ixrac potensialı çox yüksəkdir. Biz ənənəvi məhsullarla yanaşı, ənənəvi olmayan, lakin xaricdə böyük ehtiyac duyulan meyvə və tərəvəzi də yetişdirə bilərik”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info