“Azərbaycanın həyata keçirdiyi layihələr Ələt azad iqtisadi zonasının cəlbediciliyini artırır“
Tarix: 01.02.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“Ələt azad iqtisadi zonası" haqqında qanun layihəsinin konsepsiyası tamamilə düzgün qurulub”.Bunu “APA-Economics”ə açıqlamasında millət vəkili Vahid Əhmədov qanun layihəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, transmilli enerji, eləcə də beynəlxalq nəqliyyat layihələri, xüsusilə “Bakı Beynəlxalq Ticarət Limanı”nın böyük ərazidə tikilməsi və Qazaxıstanın “Aktau”, Türkiyənin “Samsun” və digər limanların da bu dəhlizə qoşulması layihənin daha da cəlbedici olmasını göstərir.
“Ələt azad iqtisadi zonasının cəlbedici məqamlarından biri də ölkəmizin etibarlı nəqliyyat dəhlizinə çevrilməsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin icrasına başlanması da mühüm amildir. Azad iqtisadi zonaların ən mühüm, üstün cəhəti ondan ibarətdir ki, orda mallar gömrük rüsumlarından, vergilərdən və maliyyə nəzarətinin bəzi formalarından azaddır. Amma bütün bunlara baxmayaraq, yaradılan gömrük orqanları qaçaqmalçılıq və digər qadağan olunmuş malların gətirilməsinin qarşısını almalıdır”, - deyə V. Əhmədov qeyd edib.
Millət vəkili bildirib ki, qanun layihəsində Ələt İqtisadi Zonasının maliyyə mənbələri də öz əksini tapıb: "Bura sahənin icarəyə verilməsi, kommersiya razılaşmaları, investisiya qoyuluşu və digər məsələlər daxildir".
Hazırda dünyada 1000-dən çox azad iqtisadi zonanın olduğunu deyən V.Əhmədov əlavə edib ki, bunların 300-ə yaxını azad ticarət zonalarıdır. Onun sözlərinə görə, dünya ticarət dövriyyəsinin 25%-i məhz bu ticarət zonalarının payına düşür.
"Azərbaycanda bir neçə layihəyə baxılıb, yalnız Ələt İqtisadi zonası daha perspektivli hesab edilə bilər. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu, nəqliyyat-logistika mərkəzinin yaradılması, sərnişin və yükdaşımalarının kəskin artması bu layihəni daha da cəlbedici edir”, - deyə V.Əhmədov vurğulayıb.
Millət vəkili qeyd edib ki, qanun layihəsində investorların hüquqlarının tam qorunması da nəzərə alınıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info