Suriya üçün Konstitusiya Komissiyası yaradılıb
Tarix: 01.02.2018 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


De Mistura: “Suriya Konstitusiya Komissiyasına 150 nəfərdən 45-50 nəfəri seçiləcək”

Suriyanın gələcəyinin qurulması ilə bağlı əsas prinsiplər müəyyənləşdi: suverenlik, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin qorunması, bütün etnik və dini qrupların hüquqlarının təmin olunması Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub.
Forumda seçiləcək şəxslər və Konqresdə iştirak etməyən qrupların nümayəndələri Komissiyanın üzvü olacaqlar. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, qeyd olunan komissiya Cenevrədə fəaliyyət göstərəcək. Nazir qeyd edib ki, Konstitusiya Komissiyası BMT-nin 2254 qətnaməsinə uyğun olaraq yaradılıb. “Suriyanın yeni Konstitusiyasını hazırlayacaq bu yeni qurumun fəaliyyəti Cenevrədə təşkil olunacaq”, - deyə S.Lavrov qeyd edib. Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə bu ölkənin bütün siyasi, etnik və konfessional qruplarını təmsil edən 1500-dən çox iştirakçı qatılıb. Konqresin məqsədi Suriyanın yeni Konstitusiyasının hazırlanmasına start verilməsi və Konstitusiya Komissiyasının yaradılmasıdır. Toplantı iştirakçıları tərəfindən qəbul edilən 12 maddəlik bəyanatda Suriyanın gələcəyinin qurulması ilə bağlı əsas prinsiplər müəyyənləşib. Konqres iştirakçıları əsas prinsiplər kimi suverenlik, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin qorunması, bütün etnik və dini qrupların hüquqlarının təmin olunmasını qeyd ediblər. Bəyanatda qeyd edilir ki, Suriyanın gələcəyini yalnız Suriya xalqı seçki yolu ilə müəyyən edəcək. Terrorizmə və dinlərarası konfliktə qarşı olduqlarını qeyd edən konqres iştirakçıları bildiriblər ki, ölkənin gələcəyində qadınların hüquqları təmin olunacaq və onların hakimiyyət orqanlarında təmsilçiliyi 30 faizə çatdırılacaq. Konqres iştirakçıları Suriyada davam edən münaqişəyə qısa müddət ərzində son qoyulmasını istədiklərini bəyan etməklə yanaşı, BMT və dünya ictimaiyyətini bu işdə onlara yardımçı olmağa çağırıblar. Suriya ilə bağlı Genevrədə keçirilən toplantıda iştirak edən birləşmiş müxalifət nümayəndələri Soçiyə gəlməkdən imtina etsələr də, onların bəzi üzvləri toplantıya qatılıb. Təminatçı ölkələrdən Türkiyə və İranın nümayəndələri də konqresi izləyiblər. Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, bəzi müxalifət nümayəndələrinin konqresdə iştirak etməməsi faciə deyil. Lavrov onu da deyib ki, Rusiya, Türkiyə və İran arasında razılıq əldə olunub ki, onlar BMT nümayəndəsinə komissiyanın işi ilə bağlı hər cür yardım göstərsinlər. Onun sözlərinə görə konqresin sonunda qəbul edilən bəyanatda yer alan maddələrdə inqilabi heç nə yoxdur və beynəlxalq hüquq normalarına əsaslanır: “Bunlar beynəlxalq hüququn əsas normaları- suverenliyə, dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyə hörmət edilməsi, bütün etnik və dini konfessiyaların hüquqlarının qorunması, heç kimi kənarda qoymayan siyasi proseslərin təmin olunmasıdır. Bunlar isə imkan verəcək ki, suriyalılar kənardan heç bir müdaxilə olmadan öz talelərini müəyyən etsinlər”. Qeyd edək ki, Rusiya, İran və Türkiyə Suriya Konstitusiya Komissiyasının üzvlüyünə ümumilikdə 150 nəfərin namizədliyinin irəli sürülməsinə dair razılığa gəliblər. Lakin BMT-nin Suriyaya dair xüsusi elçisi cəmi 45-50 nəfəri seçəcək. Bu barədə BMT-nin Suriyaya dair xüsusi elçisi Staffan de Mistura bildirib. Konqres iştirakçıları BMT baş katibinə müraciət edərək Konstitusiya Komissiyasının fəaliyyətinin Cenevrədə təşkil olunmasına dair müraciət qəbul ediblər. De Mistura qeyd edib ki, komissiya üzvlərini müəyyən edərkən tək münaqişə tərəfləri ilə deyil, Suriya nizamlanmasındakı bütün oyunçularla məsləhətləşmələr aparılacaq. Onun sözlərinə görə, komissiyanın üzvləri müəyyən olunarkən, namizədlərin Soçidəki Suriya Milli Dialoq Konqresində iştirakı əsas götürülməyəcək, müəyyən səbəblərdən Soçiyə gələ bilməyən qüvvələrin nümayəndələri də nəzərdən keçiriləcək. De Mistura qeyd edib ki, Konstitusiya Komissiyasının fəaliyyətinin maliyyələşdirilməsi BMT-nin Suriyaya dair xüsusi elçisinin ofisinin işinə ayrılan vəsaitlər hesabına həyata keçiriləcək. Suriya parlamentinin üzvü Əhməd Kuzbari bildirib ki, ölkənin konstitusiyası 2020-ci ildə qəbul edilib. Ona görə də yeni yaradılan komissiya hazırda qüvvədə olan konstitusiyaya düzəlişləri müzakirə edəcək. Yeni konstitusiya qəbulundan söhbət getmir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info