Yenidən orduya çağırılmaq qorxusu erməniləri ölkədən qaçmağa məcbur edir
Tarix: 01.02.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl Ermənistanın xəbər saytlarından birində özünü erməni hərbi ekspert kimi təqdim edən Artyom Balasanov Ermənistan ordusunda yaşananları Azərbaycan Ordusu ilə müqayisə edərkən ölkəsinin Azərbaycanın hərbi potensialından ehtiyatlanqdığını bildirmişdi.
O qeyd etmişdi ki, Azərbaycanın hərbi potensialı Ermənistanda vahimə yaradır. Ermənistanda hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla, 6 aydan bir keçirilir. Erməni saytlarının məlumatına görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il ölkədə çağırış zamanı bir çox hərbi hissələrin çağırışçılarla təminatında ciddi problem ortaya çıxır. Buna görə də 2 illik hərbi xidmətdən sonra tərxis olunanların evlərinə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdəki əsgərlər üzləşirlər. Ermənilər arasında ən çox ölüm halları da məhz belə şəraitdə yaşanır.
Erməni saytlarında, ölkədə qeyd edilən Ordu günündən sonra İrəvanda bir neçə antimilitarist aksiyaların keçirildiyi barədə məlumatlar yer alıb. Qeyd edilməlidir ki, antimilitarist aksiyalardan sonra sosial şəbəkələrdə qeyri-döyüş vaxtı ölən, intihar edən əsgərlərlə yanaşı, erməni ordusundan tərxis olunanların da hekayələri yer alıb. Məsələn, əsgərlərdən biri xidmət etdiyi ilk günlərin birində əsgər yoldaşının özünü binanın ikinci qatından atıb, intihar etməyə çalışdığını bildirir: «Doğrudur, ölməsə də, ayaqlarını sındırmışdı. Deyirdilər müalicədən sonra həbs ediləcək. Lakin həbs etmədilər, axı təmas xəttinə göndərmək üçün əsgər çatmırdı». Başqa birisi isə əsgər həyatında ən iyrənc söyüşləri məhz Ermənistan ordusunda eşitdiyini etiraf edir: «Elə bildim ki, zabitimizdir, lakin sonra məlum oldu ki, söyüş söyən bizdən bir il əvvəl xidmətə gəlmiş əsgərlərdən biridir». Bu da başqa bir erməni əsgərin etirafı: «Bizim hərbi hissədə Sako adlı birisi vardı. Adi silahla belə davrana bilmirdi. Təzyiqlərə dözməyib intihar edəcəyini bildirirdi. Hissəmizdə müqavilə əsasında xidmət edən Mho adlı çavuş isə günlərini sayırdı, müqaviləsi başa çatdıqdan sonra Rusiyaya gedəcəyini bildirirdi”.
Qeyd edilməlidir ki, Ermənistan ordusundakı rəzalət, əsgərlərin çəkdiyi əzab onları xidmətdən sonra da təhdid edir. Onlar yenidən Ermənistan ordusuna çağırılmaq qoxusunu gözə alaraq, tezliklə ölkədən qaçmağa çalışırlar. Ermənistan rəhbərliyinin isə bu istiqamətdə atdığı addımlar, hətta ordunu əsgərlə təmin etmək üçün tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi də kömək etmədi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info