Məmməd Talıbov: “Son zamanlar Azərbaycan turistlər üçün daha da cəlbedici olub”
Tarix: 01.02.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


1942-ci ildən Meksikanın ilk yəhudi təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Yavne Kollecinin tələbələri üçün Azərbaycanın Meksikadakı səfirliyində ölkəmizlə bağlı təqdimat keçirilib.
Həmin tələbələr yaxın vaxtlarda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının model simulyasiya yarışında iştirak edəcək və həmin simulyasiya yarışı çərçivəsində BMT modelində Azərbaycanı təmsil etməyi seçiblər.
Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov tələbələrə ölkəmizin tarixi və mədəniyyəti barədə geniş məlumat verib, Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində müsəlman Şərqin ilk demokratik respublikasının məhz Azərbaycanda yarandığını deyib. Məmməd Talıbov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edildiyini və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə və xarici təcavüzə baxmayaraq, bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb. Bildirib ki, bütün bu uğurlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı müdrik və ardıcıl siyasət nəticəsində nail olmaq mümkün olub. Qeyd edib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlar, nailiyyətlər qazanır. Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin reallığa çevrildiyini deyən diplomat Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə, həmçinin uğurla həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi, onların region ölkələrinin rifahı, Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə danışıb.
Müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin Azərbaycanda heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşadığını qeyd edən diplomat bildirib ki, dövlətimizin başçısının bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində ölkəmiz dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.
Məmməd Talıbov son zamanlar Azərbaycanın turistlər üçün daha da cəlbedici olduğunu, burada müxtəlif dünya miqyaslı tədbirlərin böyük uğurla keçirildiyini bildirib. Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək iddiasında olduğunu diqqətə çatdırıb. Bundan əlavə o, ölkədə turizm infrastrukturunun sürətlə inkişaf etdiyini bildirib, həmçinin 2017-ci ilin əvvəlindən fəaliyyətə başlamış “ASAN Viza” sistemi barədə də ətraflı məlumat verib.
Ölkəmiz barədə məlumatı böyük maraqla qarşılayan tələbələrin çoxsaylı suallarını cavablandıran müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları, Azərbaycanda yəhudi icması və s. barədə tələbələrə geniş məlumat verib.
Görüşdə ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib, müxtəlif broşürlər paylanılıb.
Bundan sonra qonaqlar ənənəvi çay süfrəsinə dəvət edilib, onlara milli şirniyyatlarımız təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info