MirHəsən Seyidov: “Azərbaycan Gənclər Siyasəti bir çox ölkələrə nümunədir”
Tarix: 01.02.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov 2 fevral Gənclər Günü ilə bağlı açıqlama verib. O deyib: “2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il fevralın 2-də ulu öndərin imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edildi və bu gün hər il təntənəli şəkildə qeyd edilir”.
O bildirib ki, Azərbaycanda gənclər hərəkatının , 300-dən çox gənclər təşkilatlarının formalaşması, Milli Məclisin Gənclər və İdman Komitəsi, Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir: “Biz Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının da şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidentinin də dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olmasını göstərirlər. Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin də əməyi xüsusi vurğulanmalıdır. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa cidd-cəhdlə hazırlaşması oldu. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırdılar. Könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, "Formula 1” Avropa Qran Prisinin təşkilinə 3500-dən artıq könüllü cəlb olunmuşdur”.
“İRƏLİ”nin rəhbəri qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir: “Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti də özünün mükəmməlliyi ilə seçilir, gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının olmasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı sənədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram, gənclərlə görüşü onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlik olan siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Gənclərlə bağlı digər sevindirici amil isə ucqar bölgələrdə formalaşan region gənclərinin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin də iştirakı ilə layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq.
Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.
Bu gün Azərbaycanın inkişafı gəncliyin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Bu il Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, gənc alimlərimiz bu yöndə daha gərgin işləməlidirlər. Bu il həm də prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də Prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcəklər, digər ölkəmiz üçün mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar. Heç şübhəsiz ki, gənclərimiz Prezident İlham Əliyev ətrafında sıx birləşib.
İlbəil mədəniyyət, incəsənət, elm və idman sahəsində irəliləyən, zəngin mədəni irsimizin qorunub-saxlanması və inkişaf etdirilməsi üçün addımlar atmağa çalışan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əsas məqsəd bilən, bunun üçün cəhdlər edən gəclərimizin də sırası genişlənir.
Beləcə nəinki 2018-ci ildə, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyinin, gənclərimizin bütün sahələrdə olan uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağının bir daha şahidi olacağıq. Gənclər Gününüz mübarək əziz gənclər!”
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info