Cəbhəyanı kəndləri birləşdirən yol yenidən qurulur
Tarix: 01.02.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


7 cəbhəyanı kəndi birləşdirən 5,4 kilometr yol yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.
Təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5,4 kilometrlik Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur.
Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarıb. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin ürəyincə olub.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yolboyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.
Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə iri dənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər isə yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınaraq 30 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilişindən sonra yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qısa müddət ərzində təmir-tikinti işlərinin aparılaraq yekunlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında lazımi sayda qüvvə əraziyə cəlb olunub.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşların birbaşa olaraq sosial rifahına müsbət təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxarır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info