1420-dən çox sahibkara 145,6 milyon manat güzəştli kreditlər verilib
Tarix: 24.05.2013 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Qəbələ rayonunun Hacallı kəndində keçirib. Tədbirdə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 80-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl Qəbələ rayonunun Böyük Əmili kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış illik 6,7 min ton süd istehsal gücü olan 1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qəbələ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və fond tərəfindən prioritet hesab olunan bağçılıq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanıb.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Rahib Əhmədov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Qeyd olunub ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələdə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Hazırda bu sahədə işlər davam etdirilir.
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Qəbələ rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info