Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan güzəştli sərnişinlərin sayı  535 743 nəfər olub
Tarix: 01.02.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


“Cari il dövlət büdcəsinin funksional təsnifatının “Nəqliyyat və rabitə” bölməsinin “Hava nəqliyyatı” paraqrafı üzrə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 10 mln. 10 min manat dəyərində təzminat nəzərdə tutulub”.
 
AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
 
“Bu vəsaitə “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan sərnişinlərə dövlət  tərəfindən nəzərdə tutulan güzəştlər və Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə havanəqliyyatında gediş haqları daxildir”, - deyə P. Kəsəmənski qeyd edib.
 
Qurum rəsmisi onu da vurğulayıb ki, ötən il “Azərbaycan HavaYolları” QSC-yə dövlət büdcəsindən ayrılan kompensasiya məbləği builki ilə (10 mln. 10 min manat) eyni olub.
 
Ötən il bu güzəştlərdən istifadə edən və qeyd olunan istiqamətlərə uçan sərnişinlərin sayına gəlincə, P. Kəsəmənski əlavə edib ki, 2017-ci ildə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan güzəştli sərnişinlərin sayı  535 743 nəfər olub.
 
“O cümlədən, ötən il qeyd olunan marşrut üzrə uçan güzəştli sərnişinlərdən 1 927 nəfər I və II qrup əlil, 53 835 nəfər uşaq, 7 316 nəfər tələbə olub. 2017-ci ildə faktiki daşınmış sərnişinlərə görə hesablanmış güzəşt məbləği isə 11 520,2 min manat təşkil edib. Bundan başqa, ötən il 10 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və ya onlara bərabər tutulan şəxs MDB dövlətlərinə havanəqliyyatında güzəşt hüququndan istifadə edib. Güzəşt məbləği isə 1 365 manat təşkil edib”, - deyə P. Kəsəmənski vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info