Gənc azərbaycanlı musiqiçilərin beynəlxalq arenaya çıxması üçün şans yaranıb
Tarix: 01.02.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York şəhərində “Florida Keys” (IMCYT) adlı gənc istedadlar arasında beynəlxalq musiqi yarışmasına start verilib. Bu haqda Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova özəl olaraq “Palitra”ya məlumat verib.  Yarışmada 5-23 yaşarası gənclər, 5-32 yaşarası vokalçılar, eyni zamanda əlilliyi olan uşaqlar da iştirak edə bilərlər. Məqsəd dünyanın ən yaxşı müsiqiçilərini internetlə üzə çıxarmaqdır. Münsiflər heyətinə nüfuzlu musiqiçilər daxildir. Müsabiqədə iştirak etmək üçün internetdə (www.floridakeyscompetition.com) qeydiyyatdan keçmək lazımdır. Daha sonra video göndərilməlidir. Münsiflər heyətinin üzvləri ən istedadlı musiqiçini seçib Nyu-Yorka dəvət edəcəklər. Bu ilin noyabr ayında Nyu-Yorkda “Carnegie Hall” da qala konsert keçiriləcək və mükafatlar təqdim olunacaq. Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova bildirdi ki, qaliblər şəxsi hesabına və ya sponsorlar vasitəsilə təqdimat mərasimində iştirak edə bilərlər: “Bu, çox professional müsabiqə olacaq. Burada iştirak etmək istəyən istedadlı uşaqlar var. Bu, gənc azərbaycanlı musiqiçilərin beynəlxalq arenaya çıxması və tanınması üçün bir şansdır. Bizim musiqiçilərin ifaçılıq səviyyəsi çox yüksəkdir, hətta bir çox xalqlara nümunədir. Yeri gəlmişkən, təqdimatda Azərbaycan bəstəkarlarının əsərləri də səslənəcək. Mən qaliblərin iştirak etməsi üçün sponsorlar tapmağa çalışıram”.
Qeyd edək ki, “Florida Keys” qeyri-kommersiya təşkilatı olaraq Pərvin Muradova-Dilbazi, Kay Lang, Vivian Fang Liu, Töhfə Eminova tərəfindən yaradılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info