Vakant dövlət qulluğu vəzifələrinə müsahibələr başlayıb
Tarix: 01.02.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə başlanılıb. DİM-dən bildiriblər ki, bu qurum tərəfindən 2017-ci il dekabrın 15-də səkkiz dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsinin (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı beş il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçib. Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlayıb. Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumatla DİM-in rəsmi saytında tanış olmaq mümkündür.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info