Əli Əhmədov: “2018-ci il əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək”
Tarix: 01.02.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra YAP Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan 2017-ci ili uğurla başa vurub və 2018-ci ilə böyük ümidlərlə daxil olub. 2018-ci il Azərbaycanın həyatında, ölkəmizin inkişafında əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin də rolu artır. Partiyanın sıralarında gənclərin sayı çoxalır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Azərbaycanın getdikcə daha çox sayda fəal, vətənpərvər gəncləri öz siyasi talelərini YAP-la bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Gənclərimiz YAP-a daxil olmaqla partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər. Eyni zamanda, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətində gənclərə nə qədər böyük önəm verildiyi göz önündədir.
Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. O qeyd edib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
2018-ci ildə ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov bildirib ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevdir. O, seçki kampaniyasında YAP gənclərini fəal olmağa çağırıb. YAP sədrinin müavini gənclərə həm sosial şəbəkələrdə, həm də könüllülük fəaliyyətində daha da fəal olmağı tövsiyə edib.
Sonra tədbirdə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvü Arzu Məmmədli, YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin üzvü Emil Aslanlı, Bakı Ali Neft Məktəbinin tələbəsi Mahirə Əsədzadə, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Zaur Paşayev və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Əli Babazadə çıxış ediblər. Onlar Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğı barədə danışıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonra bir qrup fəal gəncə fəxri fərmanlar verilib.
Tədbir konsert proqramı ilə davam edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info