BANM-in müəlliminin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Tarix: 01.02.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin "Dinamik və kontrol sistemlər" jurnalında "Kontrolda gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri" başlıqlı elmi məqaləsi dərc edilib. BANM-dən bildirilib ki, məqalədə müasir mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan “Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi”ndən bəhs edilir. Diskret sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olmaqla yeni çoxfunksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı, həmçinin riyazi modelləri vasitəsilə gecikmiş və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə edilməsi üçün böyük əhəmiyyət daşıyır.
Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində riyaziyyat və riyazi məntiq ixtisası üzrə magistraturanı bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda optimal idarəetmə ixtisası üzrə dissertantdır.
Qeyd edək ki, "Dinamik və kontrol sistemlər" jurnalı ABŞ-ın çox nüfuzlu “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı, kontrol və optimizasiya sahəsi üzrə dünyada ən nüfuzlu 25 elmi jurnal siyahısındadır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info