1400 nəfərə yaxın əlil peşə reabilitasiyasına cəlb olunub
Tarix: 01.02.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Türkiyənin əmək və sosial müdafiə naziri Respublika Əlillərin Bərpa Mərkəzində olub

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün yüksək standartlar səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna məlumat verərək, Prezident İlham Əliyevin sosial sahənin inkişafına xüsusi diqqət və qayğısının ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının dolğun təminatına yönələn dövlət siyasətinin də ildən-ilə güclənməsinə şərait yaratdığını vurğulayıb. Nazir bu təbəqədən olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onların pensiya və müavinət sistemi, habelə müharibə əlilləri və onlara bərabər tutulanların bu sosial ödənişlərlə bərabər Azərbaycan Prezidentinin aylıq təqaüdləri, yeni mənzillərlə təminatı və s. sahələrdə aparılan işlər barədə qonaqları məlumatlandırıb.
S.Müslümov bildirib ki, əlilliyi olan şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi də diqqətdə saxlanılır. Son illərdə nazirliyin tabeliyində yaradılan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərə yaxın bu təbəqədən olan şəxs peşə reabilitasiyasına cəlb olunub. Müvafiq proqram çərçivəsində sağlamlıq imkanları məhdud gənclərin Türkiyəyə və Türkiyədəki belə gənclərin Azərbaycana səfərləri, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı da təmin edilir.
S.Müslümov əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə mühüm addımların atıldığını, Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şəraitin bunun əyani bir nümunəsi olduğunu qeyd edib. O bildirib ki, həmçinin Uşaq Bərpa Mərkəzində, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yaradılan yüksək standartlara uyğun reabilitasiya şəraiti həmin uşaqların səmərəli tibbi-sosial reabilitasiyasının təşkilinə imkan verib. Bu gün respublikanın bütün bölgələri üzrə nazirliyin bərpa-müalicə müəssisələri fəaliyyət göstərir və təkcə son bir ildə bu müəssisələrdə 39,8 min nəfər şəxs bərpa xidməti ilə təmin edilib, əlilliyi olan şəxslərin 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Xanım J.Sarıeroğlu mərkəzin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, burada müasir avadanlıq və qurğulardan istifadə olunmaqla həyata keçirilən reabilitasiya prosedurları, səmərəli fizioterapevtik müalicə üsulları ilə yaxından tanış olub. O, mərkəzdəki müasir şəraitdən, burada aparılan reabilitasiya prosesindən məmnun qaldığını, əlillərin reabilitasiya potensiallarının reallaşdırılması sahəsində təcrübıə mübadilələrinin aparılmasının xüsusi önəm kəsb etdiyini bildirib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info