Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
Tarix: 01.02.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi gizir hazırlığı kursuna sənəd qəbulu elan edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşadək vətəndaşlar fevralın 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən olunması məqsədilə nazirliyin Hərbi Həkim Komissiyasına göndəriləcək, yararlı hesab ediləcək şəxslər qəbul imtahanlarına buraxılacaqlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul ediləcəklər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.
Namizədlər sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.
Ətraflı məlumatı (012) 538-85-62 telefon nömrəsindən almaq mümkündür.
Məhkumluğu olan hərbi vəzifəlilərin gizir hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info