Ötən il Azərbaycan 270 mln. manatlıq kənd təsərrüfatı texnikası alıb
Tarix: 01.02.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 mln. manat çox olmaqla, ümumilikdə 269,4 mln. manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.
Bura 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat (qarğıdalı biçən 8 vahid, günəbaxan biçən 4 vahid), 179 vahid pambıqyığan kombayn, 87 vahid çuğundur çıxaran, 1645 vahid müxtəlif növ traktor, 1370 vahid traktor yedəkləri (qoşqular), 838 vahid kotan, 343 vahid mala, 751 vahid kultivator, 95 vahid ot biçən, 29 vahid ot dırmığı, 34 vahid ot küləş presləyən, 394 vahid çiləyici və tozlayıcı, 961 vahid səpici aqreqat, 92 vahid gübrəsəpən, 31 vahid bağarası frez, 33 vahid taxıl (toxum) təmizləyən və 979 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları daxildir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info