Xalq Cümhuriyyətinə həsr edilmiş kitabın müzakirəsi keçirilib
Tarix: 01.02.2018 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Fevralın 1-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilib. Kitabın ideya və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamına əsasən hazırlanmış kitabın əlamətdar yubileyə dəyərli töhfə olduğunu bildirib. O deyib ki, ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə Cümhuriyyətin İranla siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Ceyhun Məmmədov bildirib ki, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin öyrənilməsinə və araşdırılmasına sanballı töhfədir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Prezidentin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin əməkdaşı Həcər Verdiyeva, BBMM-in aparat rəhbəri Aytən Qəhrəmanova, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev, universitetin kafedra müdiri Anar İsgəndərov və başqaları çıxış edərək bildiriblər ki, kitab Cümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə, bununla bağlı bir çox məsələlərin araşdırılmasına ehtiyac olduğunu göstərir. Həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edən bu nəşrdə toplanmış 98 sənəd Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info