Postsovet məkanındakı münaqişələrlə bağlı yeni vəziyyət
Tarix: 02.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Alman politoloqdan xəbərdarlıq:
“...Dnestryanı Ukraynaya, Donbas Rusiyaya qalacaq”
Son günlər Moldova kəndləri ardıcıl şəkildə deklarasiya qəbul edərək Rumıniyaya birləşmək istədiklərini bəyan edirlər. Moldova parlamentinin deputatı Boqdan Çırdya bildirib ki, hakimiyyət də rumınlaşmanın tərəfdarlı olduğu üçün kəndlərin qonşu ölkəyə birləşməklə bağlı bəyantalarına səssiz yanaşır.
Qaqauz muxtar qurumunun rəhbəri İrina Valx isə “Nezavisimaya qazeta” nəşrinə bildirib ki, qaqauzlar “vahid Rumıniya”ya daxil olmayacaqlar və bunu 2014-cü ildə keçirilən referendumda ortaya qoyublar. Dnestryanı bölgə də Rumıniya ilə birləşməyin qəti əleyhinədir. Alman politoloq Aleksandr Rar “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında deyib ki, Avropa İttifaqı daxilində də Moldovanın Rumıniyaya birləşməsinin əleyhinə olan qüvvələr var. Əgər bu birləşmə baş tutarsa, proses Avropa İttifaqını parçalaya bilər: “Birləşmə prosesi baş versə, onda Dnestryanı Ukraynaya, Donbas Rusiyaya qalacaq”. 7 kənd tərəfindən Rumıniyaya birləşmə ilə bağlı qəbul edilən bəyanat siyasi vəziyyəti xeyli gərginləşdirib. Həmin kəndlər martın 27-də keçiriləcək bayrama hazırlaşır.

“Avropa İttifaqı daxilində də Moldovanın Rumıniyaya birləşməsinin əleyhinə olan qüvvələr var. Əgər bu birləşmə baş tutarsa, proses Avropa İttifaqını parçalaya bilər”


Xatırladaq ki, 1918-ci ilin martında Moldovanı idarə edən şura - Sfatul Çeriy Rumıniyaya birləşmə ilə bağlı deklarasiya qəbul edib. Həmin vaxt Bessarabiya 3 ay rumın qoşunlarının işğalı altında olub . 22 il sonra həmin ərazilər SSRİ-yə qaytarılıb. Həmin gün Rumıniyada dövlət bayramı kimi qəbul edilib. Prosesləri qızışdıran amillərdən biri də bu ilin Rumıniyada birləşmə ili elan edilməsidir. Rumıniyada bununla bağlı nazirlik yaradılması məsələsi də müzakirə edilir. Rumıniyanın keçmiş dövlət başçısı Trayan Besesku Moldova Milli Birlik Partiyasının fəxri sədri kimi bu ölkədə keçiriləcək parlament seçkisində iştirak etmək istəyir. Amma Moldova dövlət başçısı İqor Dodon onun vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib və bu qərar Kişinyov məhkəməsinin qərarı ilə təsdiqlənib. Amma Moldova kəndlərində qəbul edilən bəyanatların pərdə arxasındakı təşəbbüskarlardan biri olan Besesku parlament seçkilərində iştirak etmək ümidini itirməyib. O, hesab edir ki, Moldovanın Rumıniya ilə birləşməsi ABŞ-da qəbul edilən 148-ci qətnaməyə və Helsinki Yekun Aktına uyğundur. Birləşmə ancaq moldovalıların istəyi və parlamentin qərarı ilə ola bilər. Moldovada keçirilən sorğular göstərir ki, əhalinin əksəriyyəti birləşməyə qarşıdır. Amma Konstitusiya Məhkəməsinin 6 üzvündən beşinin Rumıniya pasportuna sahib olması, nazirlərin və deputatların əksəriyyətinin Moldova ilə yanaşı, Rumıniya pasportu daşıması kimi amillər sorğunun nəticəsinin heç də həlledici amil olmadığını ortaya qoyur. Rusiyaya meyilli olan və prezident Dodonun rəhbəri olduğu sosialistlər partiyasının üzvləri arasında belə, birləşməyə müsbət yanaşanlar var. Prezidentin səlahiyyəti məhdud olduğundan Dodon birləşmə prosesinə ciddi təsir edə bilmir. Qaqauz Yeri birləşməyə qarşıdır. Qanuna əsasən, Moldovanın statusu dəyişərsə, qaqauzlar öz müqəddəratlarını müəyyənetmə hüququna malikdirlər. Amma bu vəziyyətdən çıxış yolu var. Birləşmə tərəfdarları indiki parlamentdə üstünlük təşkil edir və onlar adi səs çoxluğu ilə qanun dəyişə bilərlər. Qaqauzların başçısı İrina Valx bildirib ki, onlar 4 il əvvəl keçirilən referendumda mövqelərini ortaya qoyublar. Referendumun nəticəsinə əsasən qaqauzların 98 faizi Avrasiya İttifaqı ilə əməkdaşlığın və Moldova dövlətçiliyinin qorunmasını tərəfdarıdır. Alman politoloq Aleksandr Rar bildirib ki, o, bu məsələni alman siyasilərlə müzakirə edib: “Almaniyada Buxarestin belə bir addım atacağına şübhə edirlər. Çünki belə bir addım Avropa İttifaqında paçalanma yarada bilər. Rumıniya Rusiya deyil ki, ona qarşı yönələn bütün təzyiqlərə dözə bilsin. Bütün halda birləşmə olarsa, bu vəziyyət Moskvanın əlinə işləyəcək. Dnestryanı Ukraynaya, Donbas Rusiyaya qalacaq. Belə olan halda, Dnestryanı niyə müstəqil olmasın?”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info