Ermənilər ölkədən niyə qaçırlar?
Tarix: 02.02.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Ötən il sentyabrın 18-də İrəvanda keçirilən diaspor forumunda çıxış edən prezident Serj Sərkisyan ölkədə yaşanan demoqrafik tendensiyaya həssas yanaşdığını bildirərək, 2040-cı ilə qədər Ermənistanda əhalinin sayının 4 milyon nəfərə çatdıracaqlarına söz vermişdi. Sərkisyanın buna necə nail ola biləcəyini bilməsək də, miqrasiyanın hazırkı tempində, Ermənistan əhalisinin 2040-cı ilə qədər dörd milyona çatması qeyri-mümkündür.
Təkcə bir faktı qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ötən il 25,144 erməni bu ölkə vətəndaşlığını alıb. Unutmaq lazım deyil ki, bu, təkcə Rusiyanın verdiyi rəsmi məlumatdır. Ermənilərin üz tutduqları ölkənin yalnız Rusiya olmadığını nəzərə alsaq, deməli, hər il minlərlə erməni ölkəni birdəfəlik tərk edir. Həmin mənbənin məlumatına görə, 2016-cı ilin eyni dövründə Rusiya vətəndaşlığı olan ermənilərin sayı bir qədər az-22 min 264 nəfər təşkil edib.
Maraqlıdır, görəsən, dünyaya səpələnən ermənilər niyə öz ölkələrində qalmayaraq, vətəndaşlıqdan imtina edirlər. “Sputnik Ermənistan” saytına danışan erməni ekspert Ruben Yeganyan miqrasiya şərtlərini sərtləşdirməyi məsləhət görür. O, ilk olaraq Ermənistanda ölkə vətəndaşı və əcnəbi arasında nikahdan doğulmuş uşaqlar üçün vətəndaşlıq əldə etmək sisteminin qismən sadələşdirildiyini xatırladır. Təbii ki, bu, ölkəyə xarici ermənilərin cəlb edilməsinə hesablanmış bir addımdır. Belə ki, erməni qanunvericiliyinə edilən dəyişikliyə görə, xarici vətəndaşla nikahdan doğulmuş uşaq əvvəllər hər iki valideynin razılığı ilə ölkə vətəndaşlığına qəbul edilirdisə, indi bunun üçün bir valideynin razılığı kifayətdir.
Yeganyan ikili vətəndaşlıq barədə danışarkən, ermənilərin üz tutduqları bəzi ölkələrin təcrübəsini də təqdir edir: “Rusiya hakimiyyəti ölkə vətəndaşlığını qəbul etmək istəyən vətəndaşların ikinci vətəndaşlqdan imtina etməsini tələb edirdi. İndi artıq nə Rusiya, nə də ABŞ vətəndaşlarımız qarşısında belə tələb qoymur”. Belə görünür ki, Yeganyan da bəzi ermənilər kimi, Ermənistandan gedənlərin nə vaxtsa qayıdacağına ümidlidir. Erməni ekspert Ermənistanda vüsət alan köçün qarşısını almaqda ölkə rəsmilərinin də aciz olduğunu etiraf edir. Ermənistan sakinləri ölkədən qaçmaq üçün saxta nikaha girməkdən belə, çəkinmirlər. Ölkədən qaçanlara səbəb axtaran Yeganyan səbəbi Ermənistanın təcavüzkar siyasətində, ağıq iqtisadi durumda, aclıqda, yoxsulluqda, miskin həyatda axtarmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info