Müxalifət Rəsulzadənin anım günündə də birləşə bilmədi
Tarix: 02.02.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Bu günlərdə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda olan abidəsini ziyarət edən müxalifət partiyaları iqtidarı sözügedən abidəni ziyarət etməməkdə ittiham edib. Ən maraqlısı odur ki, bu adamlar ölkə başçısının 2018-ci ilin Cümhuriyyət İli kimi qeyd olunmasıyla bağlı ən yüksək diqqətini dilə gətimirlər. Bu mövzuya verilən ən böyük dəyər də məhz budur.
Əgər abidə Yeni Azərbaycan Partiyası üzvləri tərəfindən ziyarət edilməyibsə, bu anlama gəlməlidirmi ki, Cümhuriyyət İlində Məhəmməd Əmin Rəsulzadənin abidəsi diqqətdən kənar qalır? Xeyr. Bu il müsəlman Şərqində ilk DemokratikRespublika olan AXC ilə bağlı kifayət qədər işlər görüləcək, artıq bununla bağlı bəzi kitabların çapına başlanılıb, AMEA-da və s. qurumlarda tədbirlər də keçirilir. Sadəcə, Müsavat partiyası və “milli şura” özlərini daha çox gündəmdə saxlamaq,“biz daha çox cümhuriyyət ilə bağlı can yandırırıq”görüntüsü yaratmaq istəyirdi. Bu məsələdə ən çox diqqətçəkən məqam isə o oldu ki, özləri abidəni ayrı-ayrılıqda ziyarət etdilər. Müsavatla AXCP-ni daim bir qazanda iki qoçun başı kimi görmüşük. İndiki halda “milli şura”da əsas söz sahibinin AXCP rəhbəri Əli Kərimli olduğunu nəzərə alsaq bu qurumda da Müsavata hansı formada nifrətin olduğunu təsəvvür eləmək çətin deyil. Bu müxalifət liderləri arasında olan ambisiya savaşı əslində çoxdan var. Hətta mitinqləri belə, ayrı-ayrılıqda keçirirlər. İndiki halda isə özlərinin Rəsulzadəyə daha yaxın olduqlarını iddia edən bu iki qüvvənin abidə önünə belə, birləşərək gəlməməsi onların əməllərində, siyasi baxışlarında səmimi olmamalarını göstərir.
Qısası, necə deyərlər müxalifət partiyalarının(AXCP-Müsavat) Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini nümayişkaranə şəkildə ayrı-ayrı vaxtlarda ziyarət etməsinin özü belə bu düşərgənin Rəsuzladəyə hörmət bəsləməməsinin bariz nümunəsidir. Bu düşüncə ilə bu müxalifətin hansı hakimiyyət iddiasında olduğunu, doğrudan da, anlamaq olmur. Heç şübhəsiz ki, müxalifət daxilində olan bu fikir ayrılığı xırda intriqalardan qaynaqlanır.
Ümumiyyətlə, Cümhuriyyət ilində belə, müxalif partiyalar ortaya siyasi iradə qoya bilmirlərsə, onların gələcək perspektivlərinin heçə bərabər olduğunu demək olar? Ən azından bir gündə bütövləşməli olan bu müxalif partiyalar, qüvvələr ayrı-ayrılıqda abidəni ziyarət etməklə ortaya “mənim üzvüm daha çoxdur”, “əsas müxalifət partiyası, gücü mənəm” kimi görüntülər qoymuş oldular.
Vətən, millət deyərək bar-bar bağıran müxalifət liderlərinə adi yürüşdə birləşməyə nə mane olmalıdır axı? Sadəcə, şəxsi maraqlar, ambisiyalar və uzun illərə söykənən düşmənçilik.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info