“Hamarat-Lənkəran marşrut avtobuslarının fəaliyyəti bərpa olunmalıdır”
Tarix: 02.02.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Ölkəmizdə əhalinin hər bir üzvünün ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər görülür. Ən əsası fermerlərə, yerli istehsalçılara dövlət tərəfindən qayğı göstərilir. Zəhmətkeşlərin əldə etdikləri ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanmasını diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verərək demişdir: “Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər var. Bu bizim böyük sərvətimizdir”. Belə olduğu halda, bəzi yerlərdə bu vacib məsələyə ögey münasibət var.
Əzəmətli Talış dağlarının sinəsində qərar tutan Hamarat Lerik rayonunun ucqar dağ kəndidir. Buranın torpaqları bərəkətli olduğu kimi, insanları da zəhmətsevərdir. Demək olar ki, kəndlinin yaşayış tərzi təsərrüfatla bağlıdır. Camaat əkinçiliklə məşğul olur, həyat-bacasında mer-meyvə yetişdirir, mal-qara saxlayır. Torpağın qədrini yaxşı bilir, ona məhəbbətlə əyilirlər. Bol, tərkibi, dadı, tamı, qoxusu, eləcə də digər keyfiyyətlərinə görə, rəqabətədavamlı məhsul də əldə edirlər.
Əvvəllər hamaratlılar yetişdirdiyi məhsulu rahat şəkildə Lənkəran bazarına aparır, onu sərfəli qiymətə satır və oradaca öz ehtiyaclarını ödəmək üçün bazarlıq edirdilər. Bu işdə çox vaxt Hamarat-Lənkəran marşrutunda işləyən “Qaz-66” markalı avtobusun adamlara böyük köməyi dəyirdi.
Hazırda vəziyyət tamam dəyişib. Bunun da bir səbəbi həmin marşrutun yoxa çıxması ilə bağlıdır. Kənd sakinləri indi hazır məhsullarını vaxtında bazara çıxarda bilmirlər. Bunu ayrı-ayrı alverçilər görürlər. Kəndlinin saf məhsulunu çox ucuz qiymətə götürür, şəhərdən gətirdikləri qəndi, müxtəlif ərzaq məhsulları, geyim mallarını üçqat baha qiymətə hesablayır. Kəndin ağsaqqal ziyalısı Paşa Allahverdiyev deyir ki, şəxsi təsərrüfatımda uzun illərdir kartof əkir, tərəvəz becərir, mer-meyvə yetişdirirəm. Heç vaxt da bioloji preparatlardan istifadə etmirəm. Yalnız yaz gələni ağacların dibini yumşaldır və qurumuş budaqları vururam. Çünki torpağımız qızıl kimidir. Bir balaca onun nazını çəkəndə insana verdiyi bərəkət tükənməz olur. Hamaratın torpağında yetişən heyva, armud, gilas, alma...dünyanın heç yerində yoxdur. Lakin kənd camaatı sağlam, keyfiyyətli məhsulu sata bilmir.
Bu payız da hamaratlılar üçün bərəkətli gəldi. Kartof, mer-meyvə həyətlərdə doludur. Kənd sakinləri onu bazara çıxartmaqda böyük çətinliklə rastlaşır. Tonlarla saf məhsul boş yerə çürüyüb gedir. Çıxış yolu tapılsa, kəndli öz məhsulunu satmaqla şəhərlinin də süfrəsi bol olar.
Bəli, ölkə başçısı respublikada sağlam, keyfiyyətli ərzaq bolluğu yaratmaq üçün bu sahəyə aqrar sektorun gələcək prioritet istiqaməti kimi baxır, onun inkişaf etməsinə böyük dəstək verir, qayğı göstərir. Hamarat camaatı bunu yaxşı bilir, inanırlar ki, bu problem yaxın vaxtda öz həllini tapacaqdır. Çünki Azərbaycanda Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində elə bir məsələ yoxdur ki, icrasına nail olunmasın...
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info