Ötən il Bakının Nəsimi rayonunda 5059 yeni daimi iş yeri açılıb
Tarix: 02.02.2018 | Saat: 02:44:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlər müzakirə olunub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
İcra hakimiyyətinin başçısı Asif Əsgərov iclasda 2017-ci ildə rayonda görülmüş işlər barədə məlumat verib. O deyib ki, rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, 5059 yeni daimi iş yeri açılıb. Ümumilikdə 2003-cü ilin oktyabr ayından 2018-ci il yanvar ayının 1-dək rayonun müəssisə, idarə və təşkilatları tərəfindən 43510 daimi iş yeri açılıb. Оrta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 9,2 faiz artaraq 608 manat təşkil edib. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim icra hakimiyyətinin nəzarətində olub, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.
Bildirilib ki, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1685 nəfər bitirib, onlardan 2 məzun qızıl medala layiq görülüb, 1206 məzun tələbə adını qazanıb. Məzunlardan 24 nəfəri 650-dən çox, 1 nəfəri isə 700 bal toplayıb, 234-ü xarici ölkələrin ali məktəblərinə qəbul olunub.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev də çıxış edib.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info