ABŞ Latın Amerikasında Rusiya təsirinin artmasından narahatdır
Tarix: 02.02.2018 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


ABŞ dövlət katibi Reks Tillerson Rusiya və Çinin Latın Amerikasına təsirinin artmasından narahatlığını ifadə edib və bölgə ölkələrini asılılığın artmasından ehtiyatlanmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu R.Tillerson Texas Universitetində çıxışı zamanı bildirib.
Qeyd edək ki, fevralın 1-də ABŞ dövlət katibinin Latın Amerikası ölkələrinə turnesi başlayır.
“Rusiya qeyri-dost rejimlərə silah və hərbi texnika satmaqda davam edir. Bölgəmiz bu regionun dəyərlərinə hörmət etməyən uzaq qüvvələrə dayanıqlı olmalıdır”, - deyə R.Tillerson qeyd edib.
O qeyd edib ki, Rusiya və Çin münasibətlərdə qısa müddətdə faydalanmağa can atırlar, Vaşinqton isə Qərb yarımkürəsinin rifahı naminə qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır.
R.Tillerson həmçinin qeyd edib ki, Çin dövlət resursları hesabına Latın Amerikaya cəlbedici inkişaf yolu təklif edir: “Əslində bu Pekindən uzunmüddətli asılılığa gətirib çıxarır, bu ölkələrin sənaye sektoruna ziyan vurur, insanların maaşlarını azaldır və işsizliklə nəticələnir. Reallıqda onlar uzunmüddətli asılılığın müqabilində qısamüddətli fayda təklif edirlər. Latın Amerikasına yalnız öz mənfəətini güdən yeni imperiya gücü gərək deyil”.
Qeyd edək ki, R.Tillerson 1-7 fevral tarixlərində Meksika, Argentina, Peru, Kolumbiya və Yamaykaya səfər edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info