Samuxda 1022 daimi yeni iş yeri açılıb
Tarix: 02.02.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ötən ildə Samux rayonunda bu istiqamətdə xeyli iş görülüb.
Rayon Statistika İdarəsinin yaydığı məlumata görə, keçən il Samuxda 1022-i daimi olmaqla, 3 min 934 yeni iş yeri açılıb. Rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və yığılması ilə əlaqər olaraq 2 min 912 nəfər mövsümi işlə təmin edilib.
Açılmış daimi iş yerlərinin 59-u yeni yaradılmış müəsisə və təşkilatlarda, 963-ü isə fiziki şəxslərin fəaliyyəti hesabına mümkün olub. Bununla yanaşı, ötən il rayonda 7 yeni müəssisə və təşkilat yaradılıb ki, onların da 3-ü kənd təsərrüfatı müəssisəsi, 2-i istehsal sahəsi, 2-i isə körpələr evi uşaq baxçasıdır.
Qeyd edilib ki, rayon üzrə məşğul əhalinin sayı ötən il ərzində 28 min 780 nəfərə çatıb. Məşğul əhalinin 7 min 511 nəfəri dövlət idarə, müəssisə və təşkilatlarında, 412 nəfəri qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda çalışanlar, 91 nəfəri hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, 20 min 766 nəfəri isə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info