“Valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artıb”
Tarix: 24.05.2013 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Ziyad Səmədzadə iclasda bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub.

Onun sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını uğurla yerinə yetirib: "Büdcənin icrası ölkənin iqtisadi həyatının ahəngdarlığından xəbər verir". İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanılması, əhalinin pul gəlirlərinin artması, dövlətin iqtisadi qüdrətinin artmasına şərait yaradıb. O qeyd edib ki, əhalinin gəlirlərinin artım sürəti inflyasiyanı bir neçə dəfə üstələyib: "Ölkənin valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artaraq 46,5 milyard ABŞ dolları təşkil edib. 2012-ci ildə icmal büdcənin gəlirləri 102,3 faiz, xərcləri 96 faiz çox olub. 2,3 milyard büdcənin profisiti olub ki, bu da proqnozlaşdırılandan 2,4 dəfə çoxdur". Samir Şərifov bildirib ki, 2012-ci ildə dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkədə yol, su təchizatı, meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün xaricdən cəlb edilmiş kreditlərdən 1 mlrd. manat məbləğində vəsait istifadə edilib. Onun sözlərinə görə, artıq Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları ilə müştərək maliyyələşmə prinsipləri əsasında çalışır. Ötən il Dövlət Neft Fondunun vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə 639 mln. manat həcmində vəsait ayrılıb. Keçən il büdcənin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 130 mln. manat vəsait ayrılıb. Bu, 2011-ci ildə olduğundan 27 mln. manat və ya 25,9% çoxdur.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info