Lənkəranda sel sularının yuduğu körpü bərpa olunur
Tarix: 02.02.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Lənkəranda ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən bərpa olur.
 
Rayon mərkəzindən 15 km. uzaqlıqda yerləşən Əşlə kəndi ərazisindəki körpü Mollakənd və Əşlə kəndlərini birləşdirir.
 
Uzunluğu 40, eni 4,5 metr olan  dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur.
 
Texniki işlər qurularkən bütün kriteriyalar nəzərə  alınıb. Körpünün altında, çay məcrasında  monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu da  bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq. Betonlama  işləri yekunlaşandan sonra körpünün üstü  asfaltlanaraq fevral ayının birinci ongünlüyündə tam istismara veriləcək.
 
Qeyd edək ki, Əşlə kəndində 117 ev olmaqla 500 nəfər əhali yaşayır. Bu kəndin məktəbində 94 şagird təhsil alır. Hazırda kənd sakinləri körpü olmadığından nəqliyyatın hərəkəti üçün alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirlər.  
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info