“Yəhudi gənclər daim ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak ediblər”
Tarix: 02.02.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


2 fevral Gənclər Günü münasibətilə Azərbaycanda yaşayan dini, milli azlıqlar bununla bağlı qurumlar da tədbirlər keçirir, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Belə qurumlardan biri də Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilovdur. Nəsimi Əbilovun Gənclər Günü ilə bağlı fikirlərini oxuculara təqdim edirik: “Azərbaycan nadir ölkələrdəndir ki, burada bütünü ictimai-siyasi təsisatlar, dini, milli qurumlar tam sərbəst fəaliyyət göstərir heç bir maneə ilə rastlaşmır. Bu mənada belə bir ölkənin gənc vətəndaşı olmaq özü bir əlavə üstünlük, xoşbəxtlikdir. Bizim gənclər hər mənada həyata bir sıfır öndə başlayırlar. Çünki Azərbaycan kimi tolerant və multikultural bir cəmiyyətin formalaşdığı ölkədə yaşayırlar, formalaşırlar. Azərbaycanda yaşayan yəhudi gənclər də daim ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər bundan sonra bu belə olacaq. Bu gün dövlətin gənclər siyasətini hər birimiz dəstəkləməliyik. Bildiyiniz kimi, 20-ci əsrin sonlarında Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi və iqtisadi böhran yaranmışdı ki, bu da ovaxtkı gəncliyə təsirsiz ötüşmədi. Lakin tezliklə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə inanılmaz dəyişikliklər oldu. Bu gün də onun gənclər siyasəti uğurla davam etdirilir. ictimai-siyasi və sosial-iqtisadi həyatın bir çox sahələrində gənclərimiz aparıcı qüvvəyə çevriliblər. Ən əhəmiyyətli vəzifələrdə belə artıq gənclər təmsil olunurlar. Yəni bu mənada gənclər cəmiyyətin və dövlətin inkişafında başlıca hərəkətverici qüvvəyə çevriliblər. Mən çox şadam ki, gənclərimiz ölkənin hərtərəfli inkişafında öz töhfələrini verirlər, müstəqilliyin əsaslarını möhkəmləndirirlər. Gənclər vətənpərvərdir, Vətənə bağlılıqlarını hər sahədə sübut edirlər. Bu gün yəhudi gənclər də milli ruhda, azərbaycançılıq ideologiyasına sadiq şəkildə təhsil alırlar. Qısası son 25 ildə gənclər siyasəti çox uğurlu olub, bu illər ərzində- müstəqillik dövründə gənclər ölkəmizin həyatında vacib rol oynayıblar. Bundan sonra da bu siyasətin davam etdiriləcəyinə şübhəm yoxdur. Gənclər gününüz mübarək əziz gənclər!”
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info