“Qazlaşdırılan yaşayış məntəqələrinin sayı iki dəfə artaraq 293-ə çatıb”
Tarix: 02.02.2018 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda rayon və kəndlərin qazlaşdırılması layihələri uğurla icra olunur. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində deyib: “2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək”.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin xidməti ərazisinə daxil olan doqquz rayonda da qazlaşdırma ilə əlaqədar böyük işlər görülür. Regional idarə Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarını əhatə edir.
Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üçüncü Dövlət Proqramının qəbulundan bəri qazlaşdırılan yaşayış məntəqələrinin sayı iki dəfə artaraq 293-ə çatıb. Hazırda İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Kürdəmirin Mollakənd, Muradxan, Göyçayın Çərəkə, Lək-Çıplaq, Ucarın Təzə Şilyan, Bərgüşad kəndlərində qazlaşdırma işləri aparılır. Bu yaşayış məntəqələrinin qazlaşdırılmasının mayadək başa çatdırılması nəzərdə tutulub.
Dövlət Proqramına müvafiq olaraq cari ildə Qobustan, Ucar, Şamaxı, Göyçay, Ağsu, Kürdəmir rayonlarında daha 8 kəndin qazlaşdırılması məqsədilə tikinti-quraşdırma işlərinə başlanılacağı gözlənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info