AMN-nin təşkilatçılığı ilə hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir keçirilib
Tarix: 02.02.2018 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Müdafiə Nazirliyi (AMN) 2018-ci il üçün tədbirlər planına əsasən, yanvarda dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyətləri, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib. Nazirliyin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Tərtər, Xocavənd, Qusar, Füzuli, Bakının Yasamal və Qaradağ rayonları, o cümlədən Sumqayıt şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü, hərbi hissələrin yaradılmasının ildönümləri, Azərbaycanın Milli qəhrəmanlarının anım mərasimləri və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə yanvarda Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 videomaterial hazırlanıb, media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanallarının cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılması üçün iki icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri 6 tədbirə dəvət olunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info