“Bizə yeni, səriştəli işçilər lazımdır“
Tarix: 02.02.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


"İqtisadiyyatımız inkişaf edir və belə olan halda, bizə yeni, səriştəli işçilər lazımdır".
 
APA-nın xəbərinə görə, bunu gənclər  və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışında deyib.
 
Azərbaycanın idman ölkəsi  kimi tanındığını söyləyən nazir bildirib ki, gənclərə imkan yaradılması üçün çox işlər görülür: "Bakı Şəhər Halqası çərçivəsində gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradılıb. Bu gün gənclər bilir ki,  təhsil  və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər".
 
A. Rəhimov qeyd edib ki, Azərbaycanda 2019-cu ildə 15-ci Gənclər Olimpiya Oyunları keçiriləcək: "2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etməyi planlaşdırırıq".
 
Forumda çıxış  edən ABŞ səfiri Robert Sekuta deyib ki,  Bakı Şəhər Halqası prosesi ərzində könüllülərin əldə etdiyi səriştələr  onların inkişafı yolunda yeni imkanlar açacaq. Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini vurğulayıb: "Mənim vəzifəm ABŞ təmsilçisi olaraq buradakı zəif sahələrin müəyyən edilərək Azərbaycanın daha da inkişafına kömək etməkdir".


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info