Bakı Xoreoqrafiya Akademiyasının tələbələri mükafatlandırılıb
Tarix: 02.02.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında start verilib. Bu haqda Bakı Xoreoqrafiya Akademiyasından redaksiyamıza məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “2 fevral- Gənclər günü kimi qeyd olunması haqqında” sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. Açılış tədbirində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək, Gənclər günü ilə bağlı Azərbaycan gənclərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra isə ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi fəallıq göstərən gənclər nazir Ə.Qarayev tərəfindən mükafatlandırılıb. Mükafat alan tələbələr sırasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tələbələri Nərmin Quliyeva, Zəhra Tanrıverdiyeva, Aza Nurullayeva 2017-ci il ərzində ölkənin mədəniyyət sahəsində bilik və bacarıqlarını, yaradıcılıq nailiyyətlərini, nümayiş etdirərək göstərdikləri xüsusi fəallığa görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom ilə təltif olunublar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info