Elmar Qasımov: “Gənclik ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvətdir”
Tarix: 02.02.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib. BANM-dən bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru E.Qasımov Gənclər Gününün yaranmasından danışıb. Qeyd edilib ki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib. Həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd olunmağa başlayıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan BANM-in fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksəkixtisaslı, ingilisdilli, peşəkar və müasir standartlara cavab verən gənc mühəndislər yetişdirməkdir. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir və məhz elə bu keyfiyyətin nəticəsidir ki, onun ilk məzunları artıq SOCAR , BP, “Halliburton”, “Maire Tecnimont”, “Schlumberger”, Türkiyədə “STAR” Neft Emalı Zavodu və s. kimi transmilli şirkətlərdə çalışırlar.
E.Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-in tələbələrini təbrik edib, uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov BANM-in fəaliyyətini yüksək dəyərləndirib, bu ali məktəbin ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildiriblər.
BANM-i müxtəlif müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbələr mükafatlandırılıblar. Tədris ili ərzində müxtəlif sahələrdə fəallıq göstərən və uğur əldə edən tələbələrə, BANM-da keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, təlimlərin, müxtəlif daxili müsabiqələrin qaliblərinə, respublikada və xaricdə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvlərinə həvəsləndirici diplom, sertifikat və hədiyyələrlə verilib.
Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info