Seçkilərdə maarifləndirmə və monitorinq aparacaq layihələr maliyyələşdiriləcək
Tarix: 24.05.2013 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Xalq Cümhuriyyəti indiki Azərbaycanın da müstəqilliyinin əsasını qoyub:
“Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə hətta ABŞ və Avropa dövlətlərinin bir çoxundan da əvvəl qadınlara seçmək və seçilmək hüququ Azərbaycanda verilib. Qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, ordu qurulub. Xalq Cümhuriyyəti qürur mənbəyimizdir”. Tədqiqatçı-alim Nəsiman Yaqublu çıxışında bölgədəki vəziyyət, İrəvanın itirilməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsindən danışıb. Qeyd edək ki, jurnalistlərə açıqlama verən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, şura prezident seçkilərində maarifləndirmə və monitorinq aparacaq QHT layihələrini maliyyələşdirəcək. O bildirib ki, maarifləndirmə ilə bağlı layihədə seçicinin səsvermə zamanı hüquq və vəzifələri təbliğ olunacaq: “İkinci istiqamət isə seçkinin monitorinqinin təşkili ilə bağlı layihədir. Yenilik odur ki, ilk dəfə olaraq, QHT-lər koalisiya şəklində öz layihələrini təqdim edə biləcəklər. Koalisiyada minimum 5 QHT təmsil olunmalıdır. Hər bir layihəyə görə, maksimum maliyyə məbləği 50 min manat olacaq”. Şura sədrinin sözlərinə görə, QHT-lərin qarşısında qoyulan vəzifənin vacibliyi ayrılan məbləğin artırılmasına səbəb olub: “Seçkini monitorinq edəcək QHT koalisiyaları tərəfindən təkliflər 2 mərhələdə qəbul ediləcək. Birinci mərhələdə ilkin layihə barədə məlumat öz əksini tapacaq. Qəbul olunacaq layihələrin sayında heç bir məhdudiyyət yoxdur. Layihələr standartlarla uzlaşacaqsa, təsdiq olunacaq. QHT-lərdən biri - operator kimi çıxış edən QHT-nin rəsmi dövlət qeydiyyatının olması vacibdir”. A. Quliyev layihə gerçəkləşdirəcək koalisiyanın özünün isə dövlət qeydiyyatına alınmasının tələb olunmadığını deyib. Azay Quliyev onu da bildirib ki, bundan sonra layihələr elektron variantda qəbul ediləcək. O, bildirib ki, şura QHT-lərin işinin asanlaşdırılması üçün şura yeni formada layihə və sənəd qəbuluna başlayıb: “İnternet vasitəsilə layihələrin qəbulu prinsipini tətbiq etmişik. Bundan sonra şuraya kağız variantında hər hansı layihə təqdim olunmayacaq. Bütün layihələr və təkliflər elektron formada qəbul ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info