Murad Həsənli:“Regionlarda gənclərin aktivliyi artıb”
Tarix: 02.02.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Sabirabad Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məslhətçisi, 3- cü dərəcəli dövlət qulluqçusu, Sabirabad Regional Debat mərkəsinin sədri Murad Həsənli 2 fevral Gənclər Günü ilə bağlı “Palitra”yla fikirlərini bölüşüb. O deyib ki, dünyanın nadir ölkələrindənik ki, xüsusi olaraq ölkə gəncləri üçün Gənclər Günü adı altında bayram keçirilir, belə bir gün qeyd edilir və gənclərin öz nazirliyi fəaliyyət göstərir: “Dövlətimizdə gənclər siyasəti haqqında mükəmməl qanun və xüsusi dövlət proqramları var.Bəzən eşidirik ki,bir çox inkişaf etmiş ölkələrdə gənclər siyasəti ya təhsil və ya sosial siyasətin bir parçası kimi icra olunur,bunun üçün xüsusi nazirliyə proqrama ehtiyac yoxdur.Deyilənlər doğrudur, amma Azərbaycan dövlətinin özünəməxsus bir inkişaf strategiyası var və gənc ölkə olaraq həm də gərgin geosiyasi mühitdəyik. Respublikamız gəncdir,burada biz bütün məsələlərə diqqətlə yanaşmalıyıq.
Dövlətin gələcəyi barədə düşündükdə gənclər siyasətinin xüsusi və fərqli olması vacibdir.Yeni nəsil formalaşır,siyasi elita yenilənir, təhsildə hələ də islahatlar gedir,modernləşmə prosesi hələ tamamlanmayıb, üstəgəl, biz öz dəyərlərimizdən imtina etmədən müasirləşməyə gedirik. Buna görə, gəncləri göz ardı eləmək olmaz. Dövlətin gələcəyə olan ümidi gənclərdir”.
Region gənclərinin də durumunun qənaətbəxş olduğunu deyən Murad Həsənli ali məktəblərə qəbulda yüksək nəticələr göstərildiyini,yaradıcı gənclərin yetişdiyini bildirib:“Regionlarda gənclərin aktivliyi artıb.Lokal problemlər isə hələ ki, qalır. Zənnimcə zamanla bu problemlər də həllini tapacaq. Birdən-birə hər şeyi müsbət yöndə dəyişmək mümkün deyil. Sevindirici haldır ki, yeni qəbul olunan dövlət proqramında kənd gəncləri üçün xüsusi maddə var. Bu da öz növbəsində növbəti müsbət dəyişiklərin anonsunu verir.
Dövlətin gənclər siyasəti hərtərəfli təhlil olunarsa, zənnimcə cənab Prezidentin yanaşması bir sıra dövlətlər üçün tam nümunədir və təqdirəlayiqdir.Seçkilərdə gənclərin böyük əksəriyyətinin İlham Əliyevi dəstəkləməsi də bunun nəticəsidir.Yeni qəbul olunan dövlət proqramında gənclərlə iş üzrə yeni ixtisasın yaradılması nəzərdə tutulur.Bu da sevindirici haldır.
Gənclərə müraciətim isə odur ki, yaxşı təhsil alsınlar,yaxşı sənətə yiyələnsinlər.İşlərinin peşəkarı olsunlar.Dövlətimizi daha çox sevsinlər.Qurucu vətandaş olsunlar”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info