Azərbaycan tranzit potensialı Çində təqdim ediləcək
Tarix: 03.02.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin rəsmi açılışı olacaq
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 5-7 fevral tarixində Çin Xalq Respublikasına səfər edəcək. Azərbaycan nümayəndə heyəti “Kəmər və Yol” layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq. Səfər çərçivəsində nazir Şahin Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini - Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq. Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Biznes forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə həmçinin, “EXPO-2025” Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat keçiriləcək. Səfərin son günü - fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info