Yeni Balkan savaşı: Avropa İttifaqı 6 Balkan ölkəsini öz sıralarına qəbul etməyi planlaşdırır
Tarix: 03.02.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Financial Times”:
“Bu təşəbbüs onunla bağlıdır ki, Moskva regionda təsirini artıraraq özünü alternativ tərəfdaş kimi təqdim edir”

Avropa İttifaqı 2025-ci ilədək altı Balkan ölkəsinə üzvlük imkanı vermək niyyətindədir. Avropa Komissiyasının sənədində deyilir ki, bununla da Brüssel Aİ-ni yeniləməyə, miqrasiya üzərində nəzarəti gücləndirməyə ümid bəsləyir. Bu məsələ ilə bağlı hazırlanan sənəd fevralın 13-də təqdim ediləcək.
Aİ-nin daha da genişlənməsinə bəzi Avropa ölkələrinin müqavimət göstərməsinə baxmayaraq, Brüsseldə hesab edirlər ki, Balkan dövlətlərinin tezliklə Aİ-yə daxil olması planı onların Avropa cəmiyyətinə inteqrasiyası üçün son dərəcə vacibdir. Söhbət Albaniya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, habelə Kosovodan gedir. “Financial Times” adının çəkilməsini istəməyən Avropa diplomatının bu sözlərini sitat gətirib: “Bu altı ölkə müəyyən dərəcədə yad deyildir, onlar indinin özündə insayderdirlər və bizə lazımdılar”. Diplomat vurğulayıb ki, Balkan ölkələrinin daxil olmasının zaman çərçivəsi təqribidir və dəyişdirilə bilər. Deməli, Balkanlar uğrunda Qərblə Rusiya arasında yeni nüfuz savaşına hazırlıq gedir. Siyasi-etnik baxımdan kifayət qədər həssas region olan Balkanlarda yeni münaqişə ocaqları yaratmaq çox asandır. Müəyyən mərkəzlər öz maraqlarını reallaşdırmaq üçün bölgədə ötən əsrin sonlarında yaratdıqları “qan gölünü” yenidən təkrarlaya bilərlər.


“Xorvatiyadan olan ekspert Antun Duymoviç hesab edir ki, 2025-ci ilə qədər Avropa İttifaqına 1-2 Balkan ölkəsi qəbul edilə bilər. Hansının sosial-iqtisadi vəziyyəti yaxşı olsa, həmin 1-2 dövlət birliyə üzv qəbul ediləcək. Rusiyalı ekspertlər hesab edirlər ki, Qərbin Balkalarla bağlı bu siyasətinin pərdəarxasında dayanan əsas səbəb onları Moskvadan uzaqlaşdırmaqdır”


Həmin bölgədə dini-etnik zəmində münaqişə yaratmaq imkanları genişdir. Avropa İttifaqının Balkanlarla bağlı ortaya qoyduğu siyasi iradə arxasınca NATO amilini də gətirir. Bu reallığı isə Kremldə yaxşı anlayır və diqqətlə izləyirlər. Serbiya ilə bağlı siyasətdə Qərb və Kremlin necə savaşdığının şahidiyik. Qərb mediası yazır ki, adı çəkilən Balkan ölkələri çox asanlıqla “Avropanın bir hissəsi” ola bilərlər. Bunun üçü, sadəcə, “demokratik islahatlar” həyata keçirmək yetərlidir. Amma reallıq fərqlidir. Məsələn, Serbiya Avropa İttifaqının üzvü olmaq üçün qonşuları ilə bağlı problemləri həll etməlidir. Rəsmi Belqrad bunun üçün ondan qoparılan Kosovonu tanımalı, orada yaradılan NATO bazasını qəbul etməlidir. Avropa İttifaqının Balkanlarla bağlı siyasəti real birləşmə deyil, siyasi gediş də ola bilər. Xatırladaq ki, hələ 2014-cü ildə Avropa Komissiyasının rəhbəri Yunker bildirirdi ki, yaxın gələcəkdə heç bir dövlət Avropa İttifaqına üzv olmayacaq: “Avropa İttifaqı genişlənməkdən bata bilər”. Britaniyanı da qurumda saysaq 28 dövlətin ittifaq şəklində bir araya gəlməsi genişlənmənin maksimum sərhədləridir. Xorvatiyadan olan ekspert Antun Duymoviç hesab edir ki, 2025-i ilə qədər Avropa İttifaqına 1-2 Balkan ölkəsi qəbul edilə bilər. Hansının sosial-iqtisadi vəziyyəti yaxşı olsa, həmin 1-2 dövlət birliyə üzv qəbul ediləcək. Rusiyalı ekspertlər hesab edir ki, Qərbin Balkalarla bağlı bu siyasətinin pərdəarxasında dayanan əsas səbəb onları Moskvadan uzaqlaşdırmaqdır. Balkan dövlətlərinin Moskva ilə isti münasibətləri Brüsseli qane etmir. 6 Balkan dövlətinin ittifaqa üzv qəbul ediləcəyi ilə bağlı açıqlamalar da bu məqsədə xidmət edir. “Financial Times” da yazır ki, bu təşəbbüs Moskvanın regionda təsirini artıraraq özünü alternativ tərəfdaş kimi təqdim etməsilə bağlıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info