“İlin gənc alimi” adının qalibləri mükafatlandırılıblar
Tarix: 03.02.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Gənclər Gününün qeyd olunması ilə bağlı təşəbbüs Azərbaycan xalqının görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev tərəfindən atılıb. O, həmçinin Ulu Öndərin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən gəncliyə böyük diqqət və qayğı göstərildiyini bildirib. Akademik AMEA-da aparılan gənclər siyasətindən də bəhs edib. Bildirib ki, AMEA-da Gənc Alim və Mütəxəssislər Şurası bu istiqamətdə uğurla çalışır. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat məcmuəsi”nin xüsusi gənclər sayının çap olunmasını, hər il keçirilən “Ədəbi proses” müşavirələrində gənclərə böyük önəm verilməsini, göstəricilərinə görə “İlin gənc alimi” mükafatının təqdimatını gənclərə verilən dəstəyin nümunələrindən olduğunu qeyd edib. Daha sonra “İlin gənc alimi” adının qaliblərinə akademik İsa Həbibbəyli tərəfindən diplom və mükafatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
22.05.2019
“Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info