“Gənclərə işə qəbul prosesində əlavə üstünlüklər veriləcək“
Tarix: 03.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


SOCAR-ın təlim mərkəzlərini bitirən gənclərə işə qəbul prosesində əlavə üstünlüklər veriləcək. Bu barədə SOCAR məlumat yayıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Təlim mərkəzlərimizi bitirən bəzi gənclər aşağı dərəcəli kadr kimi SOCAR-da yaranan yüksək, məsələn 5-ci dərəcəli fəhlə vakansiyalarına qəbul ola bilmirdilər. Tapşırıram ki, bu məsələ öz həllini tapsın. Mərkəzləri bitirən və şirkətin kadr ehtiyatı bazasında olan gənclər bilik, bacarıq və səriştəsinə uyğun idarə və müəssisələrdə işlə təmin olunsun”. Qeyd edək ki, SOCAR-ın müxtəlif strukturlarında 12 min 578 gənc çalışır. Bu vaxatadək 293 gənc SOCAR-ın Xarici Təqaüd Proqramına cəlb edilib. Onlardan 211 nəfəri SOCAR-da işlə təmin olunub. İndiyədək 1988 tələbə isə SOCAR təqaüdçüsü olub. Onlardan 209 nəfəri şirkətdə işlə təmin edilib. Hazırda SOCAR-ın Bakı Ali Neft Məktəbində 577 nəfər bakalavr, 17 nəfər isə magistr təhsili alır. SOCAR-ın Təlim Mərkəzlərində 95 min 489 nəfər müxtəlif peşələrə yiyələnib. SOCAR 100 nəfər internat məzunu gəncə təhsil və iş verib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info