Azərbaycan növbəti Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq
Tarix: 03.02.2018 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq.
İdman gimnastikası üzrə milli komandanın baş məşqçisi Rza Əliyev qeyd edib ki, bu turnir 2018-ci ildə idman gimnastlarının ilk yarışı olacaq: "Bakıdan sonra biz Dohada Dünya Kubokunda iştirak edəcəyik. Azərbaycanı kişi idman gimnastikasında Murad Ağarzayev və Timur Bayramov təmsil edəcək".
Onun sözlərinə görə, M.Ağarzayev dörd növdə - fərdi çıxış, dəstəli at üzərində hərəkətlər, dayaqla tullanma və paralel qollarda hərəkətlərdə iştirak edəcək. T.Bayramov isə fərdi çıxış, halqalarla hərəkətlər və paralel qollarda hərəkətlərdə iştirak edəcək.
R.Əliyev vurğulayıb ki, idmançıların əsas hədəfi 2020-ci il Tokio Olimpiya Oyunlarıdır.
Baş məşqçi əlavə edib ki, daha bir gimnast - Bense Talas ağır zədə alıb: "O hələ İslam Həmrəyliyi Oyunlarında zədə ilə çıxış edirdi, amma buna baxmayaraq iki qızıl medal qazana bildi. B.Talas artıq iki əməliyyat keçirib, daha bir əməliyyat gözlənilir. Ona görə də onun bərpası bir ilə yaxın çəkəcək".
Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı üçüncü idman gimnastikası üzrə FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info