Ermənictanda “iqtisadi artım” yalnız pul köcürmələri ilə bağlıdır
Tarix: 03.02.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər



Erməmilərin ”Tert.am” saytı maraqlı etirafla çıxış edib. Saytın mılumatına görə, ölkədəki “iqtisadi inkişaf”a əsas “töhfə”ni məhz xaricidən göndərilən ianələr verir. 2017-ci ildə Ermənistandakı iqtisadi fəaliyyət göstəricisini 7,7 faiz kimi “dəyərləndirən” hakimiyyət bu “uğurunu” inanılmaz bir coşqu ilə təbliğ edir. Hətta Ermənistanın icra orqanları nümayəndələri də bu “uğurla” öyünməyə çalışırlar. Lakin erməni rəhbərliyinin xalqın gözündən pərdə asmağa hesablanmış bu yalanı elə yerli media nümayəndələri tərəfindən faş edilib. Belə ki, "Joxovurd" qəzeti Ermənistandakı “iqtisadi artım” məsələsində ölkəyə xaricdən köçürülmüş pulların böyük rol oynadığını və bunun son illər “Ermənistan iqtisadiyyatı”nın əsas “hərəkətverici qüvvə”si olduğunu yazıb. Ermənistan Mərkəzi Bankı tərəfindən nəşr olunan statistik məlumata istinad edən "Joxovurd" nəşri ötən -2017-ci ildə Ermənistana xaricdəki fərdi şəxslər tərəfindən 1 milyard 756,4 milyon dollar göndərildiyini və bunun 2016-cı illə müqayisədə xeyli cox olduğunu bildirib. Nəşrin yazdığına görə, bu məbləğin çox hissəsi -1 milyard 64 milyon dolları Rusiyadan, 183 milyon dolları isa ABŞ-dan göndərilib.
Erməni sayt ölkə rəhbərlərinə xitabən istehza ilə, “təsəvvür etmək çətindir ki, əgər bu pullar yoxdursa, hakimiyyət öz “ iqtisadi artım”ını necə qeyd edə bilər? ". Gərək ki. bizlərdə belə deyirlər də …aşiqəm ay qabağı…
Ağasəf









 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info